AZ

Rubio: Azərbaycanı və Ermənistanı yeni sülh dövrü münasibətilə təbrik edirik

Vaşinqton, 9 avqust , AZƏRTAC

ABŞ Azərbaycan və Ermənistan arasında bugünkü tarixi sülh sazişini qeyd edir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib. Bəyanatı Dövlət Departamenti yayıb.

“Prezident Tramp tərəfləri bir araya gətirdi və onilliklərdir davam edən qarşıdurmaya son qoyan razılaşmaya vasitəçilik etdi. Bu, hər iki ölkə üçün irəliləyiş və diqqəti Cənubi Qafqaz regionunun iqtisadi potensialının açılmasına yönəltmək üçün bir fürsətdir. Bu da Amerika xalqına, həm də Azərbaycan və Ermənistan üçün ticarət sövdələşmələri və rifah gətirəcək. Biz hər iki ölkəni yeni sülh dövrü münasibətilə təbrik edirik”, - deyə Rubio bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
41
13
azertag.az

10Mənbələr