AZ

Paşinyan Zəngəzur dəhlizindən danışdı

BAKI, 9 avqust. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də imzalanmış sənədlə aradan qaldırılmış maneələrdən bəhs edib.

Teleqraf xəbər verir ki, bu barədə o, müsahibəsində bildirib.

"Təsəvvür edin ki, Azərbaycan vətəndaşı pasportla Kornidzor körpüsünə yaxınlaşır və deyir: "Mən Naxçıvana getmək istəyirəm, gömrük nəzarətindən keçmək üçün Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş məbləği ödəməyə hazıram". Bu, maneədir. Yaxud, məsələn, Ermənistan vətəndaşı Erasxa getmək istəyir və deyir: "Mən bu körpü vasitəsilə Meğriyə getmək istəyirəm, Azərbaycanın müəyyən etdiyi bütün yoxlamalardan keçməyə və ödəniş etməyə hazıram". Azərbaycan isə cavab verir: "Xeyr". Bizim aradan qaldırdığımız maneə məhz budur", - o qeyd edib.

Seçilən
84
50
teleqraf.com

10Mənbələr