Avstriya Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanı alqışlayır.
Bakues.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
“Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhə doğru mühüm addım atıldı. Biz bütün regionun (Cənubi Qafqazın – red.) xeyri naminə ölkələr arasında sülh sazişini dəstəkləyirik. Avstriya bu prosesin gələcək addımlarına yardım etməyə hazırdır”, – Avstriya XİN-in məlumatında qeyd olunub.