Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli” yay hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, bölgə təmsilçisinin növbəti rəqibi “Sumqayıt”ın əvəzedicilərindən ibarət komandası olub.
Bakı Olimpiya stadionunun məşq meydançasında oynanılmış görüşdə qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, elitanın yeni iştirakçısı daha əvvəl “Araz-Naxçıvan”ın əvəzedici komandası (2:1), “Sabah”ın əvəzedici komandası (2:1), “Sumqayıt” (0:0) və “Karvan”la (1:2) da yoxlama oyunlarında qüvvəsini sınamışdı.