AZ

“Neftçi” İqor Ribeyronu təqdim etdi

“Neftçi” bu yay Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Araz-Naxçıvan”dan aldığı İqor Ribeyronun transferini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Yeni klubunda 5 nömrəli formanı geyinəcək futbolçu artıq komanda ilə məşqlərə də qoşulub.

Xatırladaq ki, İqor Ribeyronun “Neftçi”yə keçidi ilə bağlı razılığın əldə olunduğu hələ iyulun 2-də açıqlanmışdı. Amma “Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra paytaxt klubuna qoşulacaqdı. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-dən qüvvəyə minib.

İqor Ribeyro 2023-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edirdi. Braziliyalı futbolçu bu komandanın heyətində meydana çıxdığı 68 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
97
28
arena.az

10Mənbələr