AZ

Tuncay Yusifli “İmişli”də

“Sabah”ın əvəzedicilərdən ibarət komandasının müdafiəçisi Tuncay Yusifli bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Tuncay Yusifli son olaraq “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.

“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Juninyo və Yav Mozesi də heyətinə qatmışdı.

Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayevlə də yeni müqavilə imzalanıb.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman isə komandanı tərk ediblər.

Seçilən
143
2
arena.az

3Mənbələr