Frankfurt “Ayntraxt”ı 27 yaşlı yapon sağ cinah hücumçusu Ritsu Doanı “Frayburq”dan tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Ayntraxt”a 21 milyon avro məbləğ müqabilində başa gəlib.
Ritsu Doan “Qamba Osaka”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Qroninqen”, PSV, “Arminiya” (icarə) və “Frayburq” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Doan “Frayburq” üçün 36 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə verib.
Ritsu Doan 2018-ci iliin sentyabr ayında debüt etdiyi Yaponiya millisi üçün 57 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Ritsu Doanın qənimətlər muzeyində PSV ilə qazandığı Niderland Kuboku (2021/2022) var.
“Transfermarkt” internet-portalı 27 yaşlı yapon sağ cinah hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.