AZ

Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə bildirib ki, Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq.

APA-nın xəbərinə görə, Paşinyan vurğulayıb ki, nəqliyyat və kommunikasiya sahəsində, həmçinin ərazi bütövlüyü və suverenlik çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb:

“Ermənistan Trampın “Sülh və Rifah Marşrutu”nun tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bu prosesdə iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq.”

Seçilən
8
1
apa.az

2Mənbələr