Yeddiqat dünya çempionu RTBF-yə verdiyi müsahibədə bu haqda danışıb:
“Bəli, bu çox çətindi, xüsusən də müasir dünyada. Başqa pilotlara baxıram və təəccüblənirəm: bunu necə bacarırlar. Bəziləri ailəlidi, uşaqları var, bəzilərinin qız dostları var. Yaşım 20-dən bir qədər artıq olanda bütün bu çətinliklərdən keçmişəm. Mən başqa cür seçim etdim: “Formula-1”də mənə verilən zaman limitindən maksimal dərəcədə yararlanmağa qərar verdim, çünki bu vaxt adamların düşündüyündən qısadı. Nəyəsə görə təəssüflənmək və ya sonradan “yarışlara daha çox vaxt həsr edə bilərdim” kimi düşüncələrə dalmaq istəmirəm. Son 10 ildə istisnasız işimə köklənmişəm. Karyeramı bitirəndən sonra istədiyimi edə biləcəm. Heç bir məhdudiyyət qoymadan başqa işlərlə məşğul olacam”.