Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə bildirib ki, bu gün Ermənistan və Azərbaycan münasibətlərində yeni və fundamental mərhələ başlayır.
APA-nın xəbərinə görə, Paşinyan vurğulayıb ki, keçmişi arxada qoyaraq gələcəyə baxırlar:
“Bu mərhələ Prezident Trampın iştirakı olmadan mümkün olmazdı. Sülh sazişinin hazırlanması və imzalanması iki ölkənin yeni mərhələyə qədəm qoyması və qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması deməkdir. Bugünkü bəyannaməyə Prezident Tramp da imza atacaq. Bu sənədlə biz tariximizin yeni fəslini açırıq.”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta