Biz yeni tarixi səhifəyə imza atırıq.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə mətbuat nümayəndələri qarşısında çıxış edərkən deyib.
"Həqiqətən tarixi əhəmiyyətli gündür. Bu gün Qafqazda sülhü təmin edirik. Prezident Tramp Qafqazda sülh gətirir. Trampa təşəkkür edirəm. Bu gün 1992-ci ildə qoyulan qadağalar aradan qaldırıldı. Bu günü yaddaşımızda həkk edəcəyik. Biz bu gün fikir mübadiləsi apardıq", - deyə Prezident bildirib.