Futbol üzrə Azərbaycan çempionatının 1-ci Liqasında çıxış edən "Difai" yeni transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda Rüfət Tahirovla güclənib.
Gənc müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı futbolçunun son komandası "Zirə-2" olub. O buna qədər "Qarabağ U-19" komandasında çıxış edib.
İdman.biz