“Real”da çıxış etmiş futbolçu Luka Modriç İspaniyada işləyə bilər.
90deqiqe.Az-ın " Defensa Central"a istinadən verdiyi xəbərə görə, “Real”ın prezidenti Florentino Peres yaxın günlərdə Modriçlə görüşüb və ona karyerasını başa vurduqdan sonra “Real” akademiyasında məşqçi kimi fəaliyyət göstərmək üçün qapıların açıq olduğunu bildirib.
Qeyd edək ki, Madrid klubundan ayrılan xorvatiyalı yarımmüdafiəçi “Milan” klubuna transfer olunub.
İspaniyada keçirdiyi 13 ildə Luka Modriç dörd dəfə La Liqa çempionu, altı dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. 2018-ci ildə isə o, dünya futbolunun ən nüfuzlu fərdi mükafatı – “Qızıl top”u qazanıb.