AZ

Akon konserti yarımçıq qaldı: İnsanlar təxliyyə edildi - VİDEO

Rusiyanın Sirius şəhərində hava hücumu təhlükəsi səbəbiylə insanlar məşhur müğənni Akonun konsertindən təxliyyə edilib.

Publika.az xəbər verir ki, bu barədə “TK Krasnodar” "Telegram" kanalı məlumat yayıb.

Hadisə şahidləri bildiriblər ki, insanlar foyeyə çıxarılıb. Digər təfərrüatlar məlum deyil.

Bundan bir qədər əvvəl Soçi şəhərinin meri Andrey Proşunin öz "Telegram" kanalında Ukrayna pilotsuz təyyarələrinin hücumu zamanı Daqomısda yaşayış binasının zədələndiyini bildirib. Xəsarət alan olmayıb.

Mer qeyd edib ki, hazırda şəhərin sakinləri və qonaqları üçün heç bir təhlükə yoxdur.

Seçilən
10
2
publika.az

3Mənbələr