AZ

“Flamenqo” “İnter”in hücumçusu üçün təklif göndərdi

“İnter”in hücumçusu Mehdi Taremi karyerasını“Flamenqo”da davam etdirə bilər.

90deqiqe.Az-ın "FCInterNews"ə istinadən yaydığı məlumata görə, Braziliya təmsilçisi iranlı hücumçunun xidmətində maraqlıdır.

“Flamenqo” artıq futbolçu üçün rəsmi təklif göndərib. 

Lakin, iranlı forvard hazırda Avropanı tərk etmək istəmir. Təremi növbəti mövsümdə karyerasını Avropanın aparıcı beş liqasından birində davam etdirməyi prioritet sayır ki, bu da “Flamenqo”nun transfer planlarını çətinləşdirə bilər.

Daha əvvəl bildirilmişdi ki, komandanın baş məşqçisi Kristian Kivu 33 yaşlı forvardın xidmətlərindən imtina edib. Bu, oyunçunun daha aşağı qiymətə satılması ehtimalını artırıb. 

Seçilən
24
90deqiqe.az

1Mənbələr