AZ

Almaniya ixracı dayandırdı, Netanyahu dərhal Merzlə danışdı

İsrail Baş naziri Benyamin Netanyahu Almaniyanın İsrailə silah ixracını dayandırmaq qərarından dərhal sonra Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisindən məlumat verilib.

Məlumata görə, Netanyahu görüş zamanı Almaniyanın Qəzza ilə bağlı qəbul etdiyi qərardan sonra İsrailə silah ixracını dayandırmasından məyus olduğunu bildirib.

Bundan əlavə, Netanyahu Almaniyanın silah ixracını dayandırmaq qərarı ilə HƏMAS-ı mükafatlandırdığını da vurğulayıb.

Qeyd edək ki, bu gün İsrailin Təhlükəsizlik Kabineti Baş nazir Benyamin Netanyahu tərəfindən təklif olunan Qəzzanın işğal edilməsi planını təsdiqləyib.

Seçilən
14
axar.az

1Mənbələr