AZ

İçki içib, özünü söydü - Məhkəmə cərimə etdi

Pirallahı rayonunda içkili halda özünü söyən şəxs saxlanılıb. 

Hakimiyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1977-ci ildə Bakı şəhərində doğulmuş O.M. içkili vəziyyətdə yaşadığı binanın qarşısında nalayiq söyüşlər və ifadələr işlədərək ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, O.M. içkili olduğu üçün öz-özünə nalayiq ifadələr işlədib. Əməlindən peşman olduğunu bildirən şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə özü-özünü söyən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib.

Seçilən
20
2
hakimiyyet.az

3Mənbələr