AZ

Məşhur arıqlama dərmanının gözlənilməz təsiri aşkar edildi...

...Məşhur dərman Ozempic nəinki arıqlamağa kömək edir, həm də qocalmanı ləngidir.

SİA-nın məlumatına görə, BILD yazır ki, bu, amerikalı alimlərin gəldiyi nəticədir.

Onlar müəyyən ediblər ki, preparatın tərkibində olan semaqlutid “bioloji saatı ləngidə bilir” və sağlamlığa müsbət təsir göstərir.

Tədqiqat HİV ilə əlaqəli lipohipertrofiyası olan 108 nəfəri əhatə edib. Bu, bədəndə artıq piylərin yığılması və hüceyrələrin qocalmasını sürətləndirən bir xəstəlikdir. İştirakçıların yarısı 32 həftə ərzində Ozempic aldı. ...Semaqlutid qəbul edənlər tədqiqatın sonunda biologiya baxımından orta hesabla 3,1 yaş cavan idilər.

Bunu bioinformatika üzrə mütəxəssis doktor Varun Dvarka deyib.

Alimlər vurğuladılar ki, cavanlaşma beynin və immunitet sisteminin işində çox nəzərə çarpır - bu sahələrdə bioloji yaş təxminən 5 il azalıb.

Tədqiqatçılar hesab edirlər ki, dərman maddələr mübadiləsini yaxşılaşdırır və orqanizmdə iltihabı azaldır ki, bu da cavanlaşdırıcı təsir göstərir.

Tədqiqat müəyyən xəstəliyi olan insanlar üzərində aparılsa da, alimlər oxşar təsirin digər insanlarda da ola biləcəyinə inanırlar.

Ancaq mütəxəssislər hələlik bu dərmanı yalnız cavanlaşma üçün istifadə etməyi məsləhət görmürlər.

Nazlı Almuradova

Seçilən
12
sia.az

1Mənbələr