Ermənistanlı aktivist Mika Badalyan Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə verilməsi ehtimalını şərh edib.
KONKRET.az həmin şərhi təqdim edir:
“Bu, Rusiyaya qarşı yönəlib, amma eyni zamanda bizim geosiyasi təbii müttəfiqimiz olan İrana qarşı da yönəlib. Çünki bu, İranın milli təhlükəsizliyi üçün son dərəcə təhlükəli bir məsələdir — nəticədə o, istənilən vaxt blokadada qala bilər. Şəxsən mənim heç bir şübhəm yoxdur ki, bu, gələcəkdə həm İrana zərbə vurmaq, həm də onu qurudan blokadaya salmaq üçün istifadə olunacaq”.
Rəsmiyyə Şərifova,
KONKRET.az