Rusiya Daxili İşlər Nazirliyinin Kazan Hüquq İnstitutunda 21 kursant yeməkxanada şam yeməyindən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə təhsil ocağının rəsmi saytında məlumat verilib.
Nəşr bildirir ki, avqustun 4-dən 6-dək institutda tələbələr arasında fiziki, xidməti və atəş hazırlığı üzrə sınaq tədbirləri keçirilib.
"Avqustun 6-da axşam saatlarında bir sıra tələbələr səhhətlərindən şikayət ediblər", - məlumatda deyilib.
Mətbuat xidmətinin məlumatına görə, 21 nəfər tibbi yardıma müraciət edib. Hazırda onlardan ikisi evə buraxılıb, qalanlarının müalicəsi davam etdirilir. Hadisə ilə bağlı xidməti araşdırma başlanıb. Hadisənin bütün halları dəqiqləşdirilir.
Məryəm Quliyeva