AZ

Ciddi bahalaşma var – Təsdiqləndi

İyul ayında dünya ərzaq qiymətləri iyunla müqayisədə 1,6% artıb. Ət və bitki yağlarının bahalaşması dənli bitkilər, süd məhsulları və şəkər üzrə qiymət azalmasını kompensasiya edib.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq icmalında bildirilir.

Məlumata görə, iyulda ərzaq qiymətləri indeksi 130,1 bənd təşkil edib ki, bu da iyun göstəricisindən 1,6% və ya 2,1 bənd yüksəkdir. 2024-cü ilin iyulu ilə müqayisədə indeks 7,6% artıb, lakin 2022-ci ilin martında qeydə alınmış rekord həddən 18,8% aşağı olub.

İyul ayında dənli bitkilər üzrə qiymət indeksi iyuna nisbətən 0,8%, 2024-cü ilin iyuluna nisbətən isə 3,8% azalıb. Arpa və qarğıdalının dünya ixrac qiymətləri artsa da, darı və buğdanın qiymətləri enib.

Seçilən
25
2
editor.az

10Mənbələr