AZ

Qəzzada eskalasiya daha çox ölüm və dağıntılara səbəb olacaq - BMT-nin baş katibi

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Qəzzazolağında vəziyyətin daha da gərginləşməsi əlavə məcburiköçürmələr, qətllər və geniş dağıntılara səbəb olacaq.

Trend-inməlumatına görə, onun mövqeyini cümə günü jurnalistlər üçünkeçirilən brifinqdə baş katibin nümayəndəsinin müavini StefaniTremble səsləndirib.

"Qəzzada fələstinlilər dəhşətli miqyasda humanitar fəlakətyaşamaqda davam edirlər. Baş katib xəbərdarlıq edir ki, vəziyyətindaha gərginləşməsi əlavə məcburi köçürmələr, ölümlərə və genişdağıntılara gətirib çıxaracaq, Qəzzada Fələstin əhalisininağlasığmaz iztirablarını daha da pisləşdirəcək", - deyə obildirib.

O əlavə edib ki, baş katib “təcili olaraq daimi atəşkəs, Qəzzayamaneəsiz humanitar giriş və bütün girovların dərhal və qeyd-şərtsizazad edilməsi çağırışını” təkrarlayıb.

Seçilən
33
1
az.trend.az

2Mənbələr