AZ

Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti yanğınlar səbəbindən dayandırılıb.

Azreform.info report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat yayıb.

"Çanaqqala vilayətində baş verən yanğınlar səbəbindən Dardaneldə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - məlumatda bildirilib.

IHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcaeli yaşayış məntəqəsi yaxınlığında baş verib. Güclü küləyin təsiri ilə alov sürətlə geniş əraziyə, o cümlədən kənd təsərrüfatı torpaqlarına yayılıb və yaşayış məntəqəsinə yaxınlaşıb.

Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.

Seçilən
37
13
azreform.info

10Mənbələr