Bakı. Trend:
Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişi mətniningözlənilən paraflanması son dərəcə pozitiv addımdır.
Bunu Trend-ə ABŞ-ninAzərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
"Bu razılaşmanın əsasən iki ölkə arasında əldə edildiyini başadüşmək vacibdir", - o qeyd edib
Sabiq səfirin sözlərinə görə, hazırkı hadisələrin əhəmiyyətinəbaxmayaraq, hər iki tərəfin istədiyi və layiq olduğu davamlı sülhənail olmaq üçün ermənilər və azərbaycanlılar əlavə addımlar atmalıolacaqlar.
O, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərinkeyfiyyətcə yeni mərhələyə qaldırılmasının vacibliyindəndanışıb.
"Ağ Evdə keçirilən bugünkü tarixi görüşlər barədə daha sonra vədaha ətraflı danışmaq mümkün olacaq, lakin ABŞ və Azərbaycanarasında yenilənmiş strateji tərəfdaşlıq həm Vaşinqton, həm də Bakıüçün, eləcə də daha geniş regionda sülh və sabitlik üçün müsbəthaldır", - Sekuta vurğulayıb.
O xatırladıb ki, ABŞ ilə Azərbaycan arasında stratejitərəfdaşlıq bir neçə ildir, hətta onun səfir təyin olunmasındanəvvəl də mövcud olub.
"Azərbaycan hökumətindəki həmkarlarımla birgə bu tərəfdaşlıqçərçivəsində nəzərdə tutulan görüşləri fəallaşdırmağa çalışırdıq,lakin təəssüf ki, bir sıra səbəblərə görə istədiyimiz nəticəyə nailola bilmədik. Azərbaycanın coğrafi mövqeyi – dünyada eyni anda həmRusiya, həm də İranla sərhəddə olan yeganə ölkə olması, eləcə dəCənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyi,suverenliyi, ərazi bütövlüyü və iqtisadi rifahı kimi reallıqlarınəzərə alaraq, Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıqtamamilə məntiqlidir. Şadam ki, Tramp administrasiyası bunu başadüşür və Azərbaycanla, eləcə də Ermənistan və digər ölkələrlə dahafəal əlaqə qurmağa çalışır", - deyə Robert Sekuta fikriniyekunlaşdırıb.