Cənub Bolqarıstanın Kapitan Petko Voyvoda qəsəbəsində elektrik kabeli çəkilişi zamanı miladdan əvvəl II əsrə aid üç qəbir aşkar edilib.
News24.az xəbər verir ki, qazıntı zamanı ilk məzarda yüksək rütbəli hökmdarın yandırılmış qalıqları, at skeleti, qızıl və qiymətli daşlarla bəzədilmiş silahlar tapılıb. İkinci qəbir gənc qadına aid olub, içində qızıl-gümüş əşyalar, antik pullar üzə çıxıb.
Üçüncü, tam qorunmuş məzarda isə Heraklın Antaiosu məğlub etməsini təsvir edən qızıl örtüklü bürünc əsər aşkarlanıb. Arxeoloqlar bu bölgənin qədim Trakya dövründə mühüm siyasi və ticarət mərkəzi olduğunu bildirir.
Xeyrənsə Piriyeva