Təsəvvür edin ki, uzun illərdən bəri "Kontakt Home" uçuz və keyfiyyətsiz məhsulları brend kimi təqdim edir. Lakin satılan mal və məhsulların keyfiyyəti heç də reklam edildiyi kimi istifadəyə yararlı olmur. Saxta məhsulun brend mal kimi reklam olunması bir yana, onun geri qaytarılması, yaxud eyni dəyərə malik malla əvəzlənməsini tələb edərkən adamın dərisi boğazından çıxır. Özbaşınalıq o həddə çatıb ki, hətta zəmanət müddəti olan məhsulların dəyişdirilməsi mümkünsüz olur. Qanunvericiliyimizə görə, isə 14 gün ərzində vətəndaşın ixtiyarı var ki, həmin məhsulu qaytarsın və ya onun keyfiyyətli məhsulla əvəz olunmasını mağazadan tələb etsin. Hətta əgər 14 gün keçibsə və bu müddətdən sonra qüsur aşkar olunubsa, yenə də mağaza bir il ərzində həmin qüsuru aradan qaldırmaq üçün təminat verməlidir. Saxta endirim kompanyaları, ilkin ödənişsiz və arayışsız olmaqla, nəğd və ya hissə-hissə ödənişlə məhsullar "Kontakt Home" online mağazasında yalnız pulsuz çatdırılmada irəlidədir. Şübhəsiz ki, bu liderlik vətəndaş məmnunluğu, müştəri etibarlığı qazanmaq üçün yox, bazarda üstünlüyü ələ almağa xidmət edir.
Əslində adıçəkilən mağazalar şəbəkəsinin özbaşınalığının arxasında bir sıra ciddi səbəblər durur. Əvvala qeyd edək ki, ölkədə istehlakçı hüquqlarını qoruyan mükəmməl qanunvericilik bazası olsa da, onun icrasına nəzarətdə bir sıra boşluqlar var. Xüsusən, aidiyyati dövlət qurumları tərəfindən ciddi monitorinq və cəza tədbirləri həyata keçirilmədiyi üçün şirkətlər yaranməş boşluqdan məharətlə istifadə edirlər. Bazarda bu kimi şirkətlərin rəqibi olmadığından təbii inhisarçıya çevrilirlər ki, bu da vətəndaşların alternativ seçim imkanını məhdudlaşdırır. Bu kimi amillər isə ticarət şəbəkələrinin korporativ məsuliyyət hissini azaldır. Məhz sadalanan amillər iri ticarət şəbəkələrin ozbaşınalığına şərait yaradır.
Nurlan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31