BAKI, 8 avqust. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Ağ Evdə keçiriləcək görüşləri canlı yayımlanacaq.
Teleqraf-ın xəbərinə görə, İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.
Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
Görüşlərini aşağıdakı linklərdən izləmək mümkündür:
https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii
https://x.com/whitehouse