AZ

Duşan Tadiç karyerasını bu klubda davam etdirəcək

Bu yay Türkiyənin "Fənərbağça" klubundan ayrılan serbiyalı futbolçu Duşan Tadiç karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Əl-Vəhda" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. İddiaya görə, futbolçu yeni komandasında hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Duşan Tadiç karyerası ərzində Niderlandın "Qroningen", "Tvente" və "Ayaks" klublarında, həmçinin İngiltərənin "Sauthempton" komandasında da çıxış edib.

Seçilən
32
2
bakivaxti.az

10Mənbələr