BAKI, TurkicWorld
Türkiyədə distant təhsilin öncülərindən olan Anadolu Universiteti ali təhsil sahəsində bir sıra yenilikləri tətbiq etməyə davam edir. Universitetin nəzdində fəaliyyət göstərən Açıq Təhsil Fakültəsi rəqəmsal təhsil infrastrukturunu daim təkmilləşdirərək tələbələrə canlı mühazirələr vasitəsilə interaktiv və dinamik öyrənmə təcrübəsi təqdim edir.
Fakültədə təşkil olunan həftəlik canlı dərslər tələbələrə mövzuları dərindən mənimsəmək, sual-cavab sessiyalarında biliklərini möhkəmləndirmək imkanı yaradır. Akademik heyətlə birbaşa ünsiyyətə şərait yaradan bu sistem öyrənmə prosesini daha çevik və cəlbedici edir.
Bundan əlavə, hazırda ali təhsil alan və ya məzun olmuş şəxslər üçün nəzərdə tutulan “imtahansız ikinci universitet” proqramı sayəsində Azərbaycan gəncləri öz maraq dairələrinə uyğun əlavə ali təhsil ixtisaslarına rahat şəkildə müraciət edə bilirlər.
Universitetin çevik öyrənmə modelləri və beynəlxalq səviyyədə tanınan diplomları ilə dəstəklənən bu təhsil sistemi hazırda dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir və ali təhsilə əlçatanlığı artırmaqda mühüm rol oynayır.
Qeyd edək ki, Anadolu Universiteti, Times Higher Education (THE) və QS World University Rankings kimi nüfuzlu beynəlxalq reytinqlərdə hər il yüksəlişini davam etdirir. QS World University Rankings 2025 nəticələrinə görə Avropada 487-ci, THE World University Rankings 2025 nəticələrinə görə isə Türkiyənin ən yaxşı 13-cü universiteti sırasında yer almaqdadır.
Açıq və məsafədən təhsildə dünya ali təhsilinə bir çox ilk yenilikləri gətirən Anadolu Universiteti, tələbələrə imtahansız ikinci universitet imkanı, çevik öyrənmə modelləri və əlçatan rəqəmsal təhsil infrastrukturu təqdim edir. 2. ÜNİVERSİTE GİRİŞ SINAVSIZ 2005-ci ildən bəri Avropa Kredit Transfer Sistemi (ECTS) tətbiq edən Universitetimiz, tələbələrinə Beynəlxalq Diplom Əlavəsi (Diploma Supplement) təqdim edir; bu sənəd vasitəsilə diplomlarının dünya miqyasında tanınmasını təmin edir, akademik mobilliklərini asanlaşdırır və məzun olduqdan sonra beynəlxalq karyera imkanlarını artırır.