AZ

ChatGPT-nin yalanları narahatlıq yaradır - WSJ

ABŞ-nin "The Wall Street Journal" nəşri 2023-cü ilin mayından 2025-ci ilin avqustunadək arxivdə saxlanılan yazışmaları analiz edib və ChatGPT-nin qəribə və yalançı iddialar verdiyini, bunun istifadəçilərdə narahatlıq yaratdığını yazır.

Ölkə.Az xəbər verir ki, Oklahomada işləyən bir yanacaq doldurma məntəqəsi əməkdaşı ChatGPT ilə “Orion tənliyi” adlı bir konsepsiyanı müzakirə edib və sonra dialoqdan sonra narahatlıq (anksiyete) yaşadığını etiraf edib. Başqa bir yazışmada isə chatbot istifadəçiyə “Lira planetindən gələn Ulduz toxumu” adını verərək, yadplanetlilərlə əlaqədə olduğunu iddia edib.

"Psixiatrlara görə, bu hal “süni intellekt psixozu” və ya “süni intellekt ilüziyası” adlanır. Bu, istifadəçilərin Aİ-assistentlə söhbət zamanı təsirlənərək, hətta ən fantastik fikirlərə belə inanması və səhv düşüncələrinin güclənməsi vəziyyətidir", — WSJ yazır.

Seçilən
13
olke.az

1Mənbələr