AZ

Trampdan növbəti qərar

ABŞ Prezidenti Donald Tramp gizli şəkildə Pentaqona Tramp administrasiyasının terror təşkilatı kimi tanıdığı bəzi Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq icazəsi verən direktivi imzalayıb.

Heftelik.az xəbər verir ki, bu barədə “The New York Times”a məlumatlı mənbələr bildiriblər.

Qəzet yazır ki, bu qərar administrasiyanın narkotik kartellərinə qarşı artan kampaniyasında ən ciddi addım olub və Trampın əvvəllər fentanil və digər qeyri-qanuni narkotiklərin axınını məhdudlaşdırmaq üçün hüquq-mühafizə vəzifəsi kimi qiymətləndirilən mübarizədə ordudan istifadə etməyə hazır olduğunu göstərir.

Direktiv həm dənizdə, həm də digər ölkələrdə kartellərə qarşı mümkün birbaşa hərbi əməliyyatlar üçün formal hüquqi baza yaradır. Mənbələrin bildirdiyinə görə, hərbçilər artıq bu qruplaşmalara qarşı fəaliyyət variantlarını hazırlamağa başlayıblar.

Ağ Ev, Pentaqon və Dövlət Departamentindən olan ekspertlərin hansı hüquqi qiymətlər verdiyi, eləcə də ABŞ Ədliyyə Nazirliyinin Hüquq Xidmətləri tərəfindən bu məsələ ilə bağlı rəsmi rəyin hazırlanıb-hazırlanmadığı bəlli deyil.

Seçilən
25
heftelik.az

1Mənbələr