Bu yay Türkiyənin "Fənərbağça" klubundan ayrılan serbiyalı futbolçu Duşan Tadiç karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
SİA xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Əl-Vəhda" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.
Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. İddiaya görə, futbolçu yeni komandasında hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Duşan Tadiç karyerası ərzində Niderlandın "Qroningen", "Tvente" və "Ayaks" klublarında, həmçinin İngiltərənin "Sauthempton" komandasında da çıxış edib.