AZ

“Araz-Naxçıvan” “Omoniya” ilə oyuna hazır deyildi”

“Araz-Naxçıvan” və “Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarına çıxıb. “Araz-Naxçıvan” Kiprin “Omoniya” komandasına 0:4, “Sabah” isə “Levski”yə 0:1 hesabıyla uduzub.

Millinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyunları dəyərləndirdi:

“Araz-Naxçıvan”ın rəqibinin güclü olduğunu bilirdik. Bu komanda bizim klublarla qarşılaşıb, yeganə “Qarabağ” onları məğlub edib. Matç göstərdi ki, “Omoniya” təcrübəsi hesabına oyunu ələ aldı. “Araz-Naxçıvan” sanki oyuna hazır deyildi. Hücumda oyunçular dəstəksiz qalmışdı. Amma “Omoniya” daha geniş və rəngarəng hücum qururdu. Hesab demək olar, oyuna görə oldu. “Araz-Naxçıvan”ın səfərdə bu komandaya qalib gəlməsi çətindir. Səfərdə reytinq xalı qazanmağa oynamalıdır. Ancaq nəzərə alsaq ki, ilk illəridir, avrokuboklarda bir mərhələ keçmələri normaldır.

“Sabah” rəqibə pressinq tətbiq edirdi və bu, effektini verdi. İlk hissədə demək olar, “Levski”dən üstün oynadılar. İkinci hissədə də hücumları, qol şansları oldu. Məğlubiyyətə baxmayaraq, “Sabah”ın şansları var. Oyun üslubundan çox şey asılıdır. “Levski” yaxşı təşkilatlanmış komandadır. Ancaq mərhələ adlamaq olar, şanslar davam edir”.

Şahin Cəfərov

Seçilən
28
futbolpress.az

1Mənbələr