AZ

Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, o cümlədən son bir ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 23.9% artaraq 689 milyon ABŞ dolları olub. Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 45.2 milyon ABŞ dolları və yaxud 30.4%, şəkərin ixrac dəyəri 10.9 milyon ABŞ dolları və yaxud 55.1%, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 8.6 milyon ABŞ dolları və yaxud 19.1%, meyvə-tərəvəzin ixrac dəyəri 122.6 milyon ABŞ dolları və yaxud 31.9%, pambıq ipliyin ixrac dəyəri 2.6 milyon ABŞ dolları və yaxud 18.2%, çayın ixrac dəyəri isə 317 min ABŞ dolları və yaxud 8.8% artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 27.9% artaraq 551.4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 7.3% artaraq 178.8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 22.1% artaraq 730.2 milyon ABŞ dolları təşkil edib.

Seçilən
34
6
konkret.az

10Mənbələr