AZ

Daşkəsəndə ailə münaqişəsi - Otuz yaşlı qadın baltalandı

Daşkəsən rayonunda qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, şəhər ərazisində baş verib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Əfsanə Cəfərova bədəninin müxtəlif nahiyələrindən aldığı balta xəsarətləri ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyəti ağır qiymətləndirilir.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü İnqilab Məmmədov saxlanılıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
24
1
news24.az

2Mənbələr