Çinin Beyhay şəhərində avtomobili ildırım vurub.
Xalqcebhesi.az xəbər verir ki, Çinin Beyhay şəhərinin sakinləri nadir təbiət hadisəsini müşahidə ediblər. İldırım eyni avtomobilə üç dəfə düşüb. Hadisə şahidlər tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yayımlanıb.
Video Çin mediasında geniş rezonans doğurub. Onlar qeyd edirlər ki, bu hadisə bir obyektə çoxsaylı ildırım vurmasının son dərəcə nadir nümunəsidir.
Maşın hərəkətə başlayandan dərhal sonra güclü zərbəyə məruz qalıb. Ardıcıl üç ildırım çaxması belə dayanmayan və hərəkətini davam etdirən avtomobilin damına dəyib. Avtomobildə olan şəxslər xəsarət almayıb.
Məryəm Quliyeva