Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə Hindistanın dəstəklədiyi 33 yaraqlının öldürüldüyünü bildiriblər.
Bu barədə “Report” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat verir.
"Avqustun 7-dən 8-nə keçən gecə təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində Pakistan-Əfqanıstan sərhədini keçməyə çalışan yaraqlılardan ibarət dəstənin hərəkətini aşkar ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, yaraqlılar ələ keçirilib. Bundan əlavə, silah, sursat və partlayıcı maddələr aşkar edilərək götürülüb.