AZ

Pakistan Ordusu Əfqanıstan ərazisindən daxil olan 30-dan çox yaraqlını öldürüb

Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə Hindistanın dəstəklədiyi 33 yaraqlının öldürüldüyünü bildiriblər.

Bu barədə “Report” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat verir.

"Avqustun 7-dən 8-nə keçən gecə təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində Pakistan-Əfqanıstan sərhədini keçməyə çalışan yaraqlılardan ibarət dəstənin hərəkətini aşkar ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, yaraqlılar ələ keçirilib. Bundan əlavə, silah, sursat və partlayıcı maddələr aşkar edilərək götürülüb.

Seçilən
11
report.az

1Mənbələr