Türkiyənin "Beşiktaş" klubu futbolçusu Yakub Arda Kılıçı icarəyə verib.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
20 yaşlı hücumçu 2025/2026 mövsümündə Serbiyanın "Novi Pazar" klubunda çıxış edəcək.
Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi 2023-cü ildə əsas komandada debüt edib.