AZ

Trampın keçmiş müşaviri 2028-ci ildə prezidentliyə namizəd ola bilər


ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri, həmçinin, keçmiş baş siyasi strateq Stiv Bennon 2028-ci ildə keçiriləcək seçkilərdə namizəd ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Bennon Respublikaçılar Partiyasının ilkin seçkilərində iştirak etmək istəyir.
Onun fikrincə, ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vens “kifayət qədər sərt olmadığı üçün” bu posta uyğun deyil.
Məqalə müəllifləri hesab edirlər ki, Trampın keçmiş müşavirinin prezidentlik kampaniyasında iştirak etməsi dövlət başçısının tərəfdarları arasında parçalanmaya səbəb ola bilər.
Seçilən
48
yeniavaz.com

1Mənbələr