AZ

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

Yevlaxda ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

XəzərNews.az xəbər verir ki, yol qəzası Xaldan-Şəki yolunun Əkşəm kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106, "Honda" və "QAZel" markalı maşınların toqquşması nəticəsində bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilir.

Onların şəxsiyyəti dəqiqləşdirilib. Ölən şəxs Balakən rayon sakini, 1957-ci il təvəllüdlü Xuraman Xəlilovadır. Xəsarət alan iki nəfər isə Mingəçevir Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 5 dəfə oxunub.
Seçilən
43
xezernews.az

1Mənbələr