Kommunikasiyaların açılması suverenlik, ərazi bütövlüyü və yurisdiksiyaya əsaslanacaq.
Ölkə.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan baş nazir Nikol Paşinyanın Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı mümkün sənədlərin imzalanmasına toxunarkən deyib.
Vitse-spiker deyib ki, Ermənistanın razılaşdığı hər hansı saziş aşağıdakıları əhatə edəcək:
“Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya əsasında kommunikasiyaların açılması - yəni bizdə Ermənistan ərazisindən keçən bütün yollar və infrastrukturlar bizim tam suverenliyimiz və yurisdiksiyamız altında, ərazi bütövlüyümüz çərçivəsində olacaq və hər şey qanunvericiliyimizə uyğun fəaliyyət göstərəcək.
Qarşılıqlılıq əsasında kommunikasiyaların açılması - yəni Azərbaycan üçün yollar açılırsa, Ermənistan üçün də qarşılıqlı əsasda açılır.
Bu həqiqətdir. Kənardan yönləndirilən və diktə edilən daxili sızıltıya fikir verməyin mənası yoxdur. Səmimi narahatlıq isə əlavə rəsmi məlumat aldıqdan sonra aradan qalxacaq”.
Mürtəza