“Sabah Ağ evdə imzalanması gözləninlən sülh sazişi dünyanın bütün informasiya və media klublarının diqqət mərkəzinə çevirilib və çox ciddi müzakirə olunur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq deyib.
V. Əfəndinin sözlərinə görə, əldə olunan razılaşmalar nəinki cənub Qafqazda eləcə də bütün yaxın şərq və şərqi Avropada stabilliyin təmin olunmassına örnək və nümunə olacaq:
“Qafqazda davamlı və birdəfəlik sülhün əsasının qoyulması prosesi artıq sona çatmaq üzrədir. Bu günə gələn yol çox uzun və məşəqqətli olsa da ortada tarixə yazılacaq nəticə var. İlham Əliyev bütün çətinlikllərə və maneələrə baxmayaraq əlində hazır planla hərəkət edərək Azərbaycanı nəinki Qafqazın ümumlikdə orta doğuda xüsusi çəkisi olan dövlətlər sırasına çıxartmağı bacardı. Bundan sonra bölgəmizdə gedən bütün proseslərdə Azərbaycanın payı olacaqdır. Bu illər ərzində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də Rusiyanı danışıqlar masasından kənarlaşdırmaq oldu. Rusiyanın “noyabr sazişində” imzasının olmasına baxmayaraq bu ölkənin Qafqazda sülhün təminatçısı olması mümükün deyil. Ukrayna ilə ilə ədalətsiz ,qanlı və qəddar müharibə aparan dövlət sülh təminatçısı ola bilməzdi”.