Finss.az - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəki-Zaqatala Regional Maliyyə İdarəsi kompüterlərin alınması üzrə tender elan edib. Ümumi ehtimal olunan qiymət 2 199,99 manat təşkil edir.
Tenderdə bir ədəd 27 düym ekranlı monoblok kompüter və bir ədəd minimum 23,8 düym ekranlı masaüstü kompüter dəsti alınacaq. Hər iki kompüterdə Intel Core i5 prosessor, minimum 16 GB RAM və 512 GB SSD yaddaş olmalıdır. Monoblokda veb-kamera və Bluetooth, masaüstü dəstində isə korpus, monitor, maus və klaviatura daxil olacaq. Məhsullara ən azı bir il zəmanət veriləcək.
Təkliflərin təqdim olunması üçün son tarix 22 avqust 2025-ci il saat 17:00-dır. Həmin vaxt zərflərin açılışı da baş tutacaq. Tenderdə iştirak üçün 10 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödənilməlidir. Ödənişlər geri qaytarılmır.
Əlavə məlumat üçün sektor müdiri Elvin Əzizovla əlaqə saxlamaq mümkündür. Elektron poçt ünvanı [email protected], telefon nömrəsi +994 24 244 26 60-dır.