Kriştiano Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Kinqsli Komanı heyətinə cəlb etmək üçün "Bayern Münhen"lə danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu hazırda Səudiyyə Ərəbistan klubu üçün əsas hədəfdir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Əl-Nəsr" klubu "Barselona"dan İnyiqo Martinesi də transfer etmək üçün son müzakirələri aparır. Klublar razılaşmağa yaxındır.

Onlar bu yay Joao Feliksi də heyətinə qatıb.