Müğənni Aysun İsmayılova qızı Sevginin ad günü üçün növbəti dəfə paylaşım edib.
Bizim,Media xəbər verir ki, övladı ilə tətildə olan Aysun qızı ilə video çəkib.
O, Sevgi ilə görüntülərinə bu sözləri yazıb:
“Bir il öncə bizi bir bədəndən ayıracaqlar deyə çox ağlamışdım. Sonra səni ilk qucağıma alanda, səsini eşidəndə sevincdən ağladım. Qızım, sən mənim gücümsən, nəfəsimsən. Mən sənə görə hər zaman ayaqda duracağam. Sənə söz verirəm ki, özüm yaşaya bilmədiyim xoşbəxt həyatı sənə yaşada bilmək üçün əlimdən gələni edəcəyəm.
Sən mənim yaşadığım çətinlikləri yaşamayacaqsan!
Mən sənə həm ana, həm də ata olacağam. Sənin heç kimə ehtiyacın olmayacaq. Rəbbim bundan sonra bəxtini gözəl yazsın, balam. Heç nədən yarım qalmayasan, inşallah. Sən körpə olsan da, o qədər ağıllı və hissiyatlı uşaqsan… Sən ananın can parçasısan. Ana səni canından çox sevir, qızım. Sevginin nə olduğunu səninlə bildim, Sevgim. Çox şükür ki, ana olaraq məni seçmisən və mənim balam olmusan. İlk yaşın mübarək, qızım”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta