AZ

Lukaşenko: “Növbəti dəfə prezidentliyə namizəd olmayacam” – VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığını açıqlayıb. 

O, bu barədə Amerikanın “Time” jurnalına müsahibəsində bildirib. 
 

Lukaşenko həmçinin oğlu Nikolayın onun varisi olacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib. O, bu iddiaları rədd edərək, oğlunu böyük siyasətdə görmədiyini deyib.


“Mən çox istərdim ki, məndən sonra adekvat, normal bir insan hakimiyyətə gəlsin. Hətta o, bir qədər fərqli siyasət də apara bilər. Sadəcə, gəlib hər şeyi dərhal dağıtmasın”, – deyə Belarus lideri vurğulayıb.


Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr