"Əl-Nəsr" "Bavariya"nın futbolçusu Kinqsli Komanı transfer etmək üçün danışıqlara başlayıb.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar arasında danışıqlar start götürüb və Koman bu yay üçün "Əl-Nəsr"in hücum xəttində, xüsusilə də cinah mövqeyində əsas hədəfə çevrilib.
İniqo Martinezin yaxın günlərdə transferinin rəsmiləşməsi və Joao Felikslə müqavilənin tamamlanmasından sonra, Kinqsli Koman "Əl-Nəsr"in növbəti dünya səviyyəli hədəfi ola bilər.