AZ

UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu

Avrokuboklarda 3-cü raundun bu həftə keçirilmiş oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Arena.az xəbər verir ki, 3-cü təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19,000-a çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19,600) 27-ci, Rusiya (18,299) 29-cu sıradadır.

Xatırladaq ki, bu həftə Azərbaycan təmsilçilərindən “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçı çərçivəsində səfərdə “Şkendiya”nı (Şimali Makedoniya) məğlub edib – 1:0. “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mçərhələsində Bolqarıstanın “Levski” komandasına 0:1 hesabı ilə uduzub. “Araz-Naxçıvan” isə Bakıda Kiprin “Omoniya” komandasına böyük hesabla yenilib – 0:4.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94,839) liderlik edir.

Seçilən
42
8
arena.az

10Mənbələr