AZ

"Beşiktaş" nigeriyalı futbolçunu transfer etdi

"Lester Siti"nin futbolçusu Uilfred Ndidinin "Beşiktaş" klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  İstanbul təmsilçisi nigeriyalı futbolçu 3+1 illik müqavilə bağlayıb.

“Beşiktaş” 28 yaşlı oyunçunun keçidi üçün qarşı tərəfə 8 milyon avro ödəyib.

Qeyd edək ki, futbolçu, ötən mövsüm 30 matçda meydana çıxıb və 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
94
90deqiqe.az

1Mənbələr